İranda “Mir” kartlarının qəbulu üçün pilot layihə hazırlanırbackend

İranın Rusiya Federasiyasındakı səfirliyinin ticarət attaşesi Rəhimi Möhsün bildirib ki, ölkəsi “Mir” kartlarının qəbulu üzrə pilot layihəyə start verməyə hazırlaşır. Bu barədə “İzvestiya” qəzeti yazır.

Mohsenin sözlərinə görə, yeni sistemin tətbiqi vaxt tələb edir. O bildirib ki, hazırda bu kartlar üzrə ödəniş prosesinin rahat aparılması üçün texniki detallar üzərində iş aparılır.

Ticarət attaşesi həmçinin qeyd edib ki, İran Rusiya ilə effektiv ticarət tərəfdaşlığı saxlayır.

Mənbə: İzvestiya