TASS xəbər verir ki, İsveçrənin bir sıra bələdiyyələrinin internet saytlarına irimiqyaslı haker hücumları həyata keçirilib və bu, onların müvəqqəti bloklanmasına səbəb olub.
Bazel, Lozanna, Cenevrə, Sürix və Montrö saytları kiberhücuma məruz qalıb.
Bazel şəhər saytında hakerlər saniyədə 100 000 sorğu göndəriblər. Bu, resursun fəaliyyətinin üç saata yaxın dayanmasına səbəb olub. Bildirilir ki, informasiya təhlükəsizliyi mütəxəssisləri hücumu vaxtında tanıyıb, bunun sayəsində sayt bərpa edilib, heç bir məlumat sızmayıb. Şəhər rəsmiləri bildiriblər ki, kiberhücum əvvəllər federal saytlara və SBB dəmir yolu şirkətinə hücum edən NoName haker qrupu tərəfindən həyata keçirilib.
Sürixdə müxtəlif şəhər saytlarına edilən DDoS hücumu nəticəsində yerli hakimiyyət onların müvəqqəti olaraq əlçatmaz olduğunu bildirib. Oxşar bəyanatla Lozanna rəsmiləri də çıxış ediblər.
Mənbə: TASS

