Yaponiya Maliyyə Nazirliyi bildirib ki, Tokio 2023-cü ilin may ayında Rusiyadan taxıl idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 2098,7% artırıb.
Bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, ötən ay Yaponiya da Rusiyadan tərəvəz idxalını 82% azaldıb, balıq və dəniz məhsulları idxalı isə 14,6% artıb.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko bildirib ki, bu il Moskva taxıl, neft və şəkərin xaricə tədarükü üçün milli valyutada 750-dən çox müqavilə imzalayıb.
Baş nazirin müavininin sözlərinə görə, artıq ixrac ödənişlərinin 5%-i milli valyuta ilə həyata keçirilir.

