Hakerlər Rusiyadan olan 19 milyondan çox Android istifadəçisinə hücum ediblərbackend

Rusiyada Android smartfon istifadəçilərinə edilən kibercinayətkar hücumların sayının kəskin artması barədə məlumat Kaspersky Lab-dan daxil olub. Şirkətin kibertəhlükəsizlik üzrə eksperti Dmitri Kalinin “İzvestiya” qəzetinə bildirib ki, 2024-cü ilin birinci rübündə mobil cihazlara edilən hücumların sayı ötən illə müqayisədə 5,2 dəfə artıb.

19 milyondan çox insan hakerlərin hücumuna məruz qalıb.

Ən çox yayılmış kiber təhlükələr arasında Dwphon və Mamont virusları var. Dwphon cihaz sahibinin şəxsi məlumatlarını, proqramlar haqqında məlumatları toplayır və istifadəçinin icazəsi olmadan müxtəlif proqram təminatı yükləyə bilər.

Mənbə: İzvestiya