Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə onun taleyi məlum olubbackend

ABŞ prezident seçkilərində qalib gəlsə, Demokratlar Partiyasının nümayəndəsi Kamala Harris Nümayəndələr Palatasının eks-spikeri Nensi Pelosinin girovuna çevriləcək. Bu fikri amerikalı mühafizəkar redaktor Kollin Pruet bildirib.

Müəllifin fikrincə, hazırkı dövlət başçısı Co Baydenin prezidentlik yarışından geri çəkilmək qərarı keçmiş partiya qüvvələrinin, parlament elitasının və sponsorların təsiri altında qəbul edilib və burada Nensi Pelosinin mühüm rolu olub.

Pruettin yazdığı kimi, Pelosi faktiki olaraq “prezidenti qanunvericilikdə təyin olunan şəxs səviyyəsinə endirdi” və “varisi” Kamala Harrisi gətirdi. Jurnalist iddia edir ki, Nümayəndələr Palatasının keçmiş spikeri əslində ABŞ Konstitusiyasını dəyişib.

Mənbə:TASS