Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqlarının aparılmasının mümkünlüyü ilə bağlı bəyanatları ciddi qəbul edilməməlidir, çünki Kiyev bu sözlərin ağırlığının heç bir təsdiqini göstərməyib. Bu fikri RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiyasının Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.
Avqustun 6-da Zelenski özünün X səhifəsində yazıb ki, Ukraynanın məqsədi 2024-cü ildə münaqişəyə son qoymaq üçün zəmin hazırlamaqdır. Bundan əvvəl, iyulda o, Rusiyaya ərazi güzəştləri ilə bağlı referendumun keçirilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu məsələni ancaq ölkə xalqı həll edə bilər.
Kelin xatırladıb ki, Zelenskinin statusu sual altındadır, çünki onun prezidentlik səlahiyyətləri bu ilin mayında başa çatdıqdan sonra Ukraynada seçkilər keçirilməyib.
Mənbə: RİA Novosti