Yüksək kateqoriyalı LOR həkimi, tibb elmləri namizədi Vladimir Zaitsev bildirib ki, xoruldama infarkt və insultla nəticələnə bilər. O, bu barədə Sputnik radiosuna müsahibəsində danışıb.
Həkim qeyd edib ki, yuxu zamanı yaranan yüksək səsli xoruldama beynin kifayət qədər oksigen qəbul etmədiyindən xəbər verir. İnsan xoruldayanda boğazı ilə nəfəs aldığı üçün beyni havalandırılmır və belə ventilyasiya yalnız burnundan nəfəs alaraq baş verir. Buna görə də, xoruldayan səhər yorğun və halsız oyana bilər. Onun metabolik prosesləri pozulur, çəki artımı başlayır, qan təzyiqi yüksəlir.
Popov vurğulayıb ki, bu cür proseslər nəticəsində infarkt və insult riskləri böyükdür.
Mənbə: Sputnik

