Almaniya Rusiya ilə müharibəyə hazırlaşmağa başladığını bildirdibackend

Almaniya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri üzərində qələbədən sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin (RF Silahlı Qüvvələri) hücumu zamanı tədbirlər planı hazırlayır. Bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Bundesver hesab edir ki, cəmi bir neçə həftədən sonra NATO ilə Rusiya Federasiyası arasında eskalasiya olacaq. Məqalədə o da deyilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynaya genişmiqyaslı hücuma keçəcək və Qərb dövlətlərinin köməyinin çatışmazlığı ilə üzləşən Ukrayna Silahlı Qüvvələrini məğlub edəcək.

Bild yazır ki, Almaniya Müdafiə Nazirliyi bundan sonra Baltikyanı ölkələrdə etnik toqquşmaların başlayacağını, bunun fonunda Rusiya ordusunun Suvalki dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcəyini gözləyir. Qeyd edilir ki, NATO “etibarlı çəkindirmə” üçün şərq cinahına 300 min əsgər yerləşdirəcək.

Mənbə: A Haber