Dietoloq və qidalanma üzrə mütəxəssis İrina Pisareva “Moscow 24”-ə verdiyi açıqlamada bildirib ki, imtahana hazırlıq zamanı tələbələrin pəhrizlərinə yağlı balıq, yumurta və balqabaq toxumu əlavə etmələri vacibdir.
O izah edir ki, beyin üçün bu “yanacaq” onun məlumatı daha tez mənimsəməsinə kömək edir. Skumbriya, siyənək və qızılbalıq kimi yağlı balıqlarda omeqa-3 yağ turşuları var ki, bu da düşüncə prosesini sürətləndirməyə və yaddaşı yaxşılaşdırmağa kömək edir. Yumurta neyrotransmitter asetilkolinin sintezində iştirak edən xolin mənbəyidir. Asetilkolin idrak funksiyasının qorunmasında rol oynayır.
Bundan əlavə, həkim uşaqları qlükoza əldə etmək üçün tam taxıllı qidalar qəbul etməyə çağırıb.
“Xüsusilə də yavaş-yavaş parçalanan və 3-4 saat enerji verən, sabit performans təmin edən mürəkkəb karbohidratlar qəbul etmək vacibdir.” Onlar dənli bitkilərdə, durum buğda makaronunda və tam taxıllı çörəkdə olur”, – Pisareva deyib.















