Fələstinin HƏMAS radikal hərəkatı ötən il oktyabrın 7-dən atəşkəs olmadan Qəzza zolağında saxlanılan girovlar haqqında məlumat toplaya bilmir.
Bunu CNN-ə müsahibəsində təşkilatın anklavdakı xarici əlaqələr şöbəsinin rəhbəri Bassem Naim deyib.
“Biz bombardman zamanı onların taleyini və məhvetmə strategiyasını bilmirik. Buna görə də məlumat toplamaq üçün atəşkəsə ehtiyacımız var”, – HƏMAS sözçüsü bildirib.
O əlavə edib ki, girovlar müxtəlif qruplarla anklavın müxtəlif yerlərindədirlər.

