Hindistanlı qadın ərinin üstünə isti çay tökərək pulla evdən çıxıb.
Bu barədə News 9 Live məlumat yayıb.
Avqustun 24-də səhər saatlarında Qaziabaddan olan ər-arvad arasında ciddi münaqişə yaranıb. Nəticədə arvad ərinin üzərinə qaynar su tökərək şəxsi əşyaları və 144 min rupi pulu götürərək evi tərk edib. Nəticədə kişi üz, baş və sol əlində ciddi yanıqlar, şiş və burun qanaxmaları alıb.
Zərərçəkmiş bildirib ki, bu, həyat yoldaşı tərəfindən ilk təcavüz hadisəsi deyil. Kişinin dediyinə görə, arvadı əvvəllər də ona hücum edib və saxta ittihamlarla hədələyib. O, artıq onunla hər hansı münasibət saxlamaq istəmədiyini də qeyd edib. Polis araşdırmaya başladığını elan edib. Qadının indi hansı cəza ilə üzləşdiyi açıqlanmır.