Hindistanda bəbir səkkiz yaşlı qıza hücum edibbackend

Hindistanda səkkiz yaşlı Tanya adlı qız anasıyla süd almaq üçün gəzərkən bəbir ona hücum edib. Bu barədə “The Times of India” məlumat yayıb.

Hadisə Uttar Pradeş ştatının Malkapur kəndində baş verib. Bəbir uşağı dartıb yoldan çıxarıb.

Nəşr qeyd edir ki, yerli sakinlər yırtıcını qorxutmağa müvəffəq olub, lakin qız ağır xəsarətlər alıb və sağ qala bilməyib.

Mənbə: Haberler.com