Hindistanda məbəddə quyu örtüyünün çökməsi nəticəsində 35 nəfər ölübbackend

TASS AFP-yə istinadən xəbər verir ki, Hindistanın Madhya-Pradeş ştatının İndor şəhərində məbəddəki pilləli quyunun qapağının uçması nəticəsində 35 nəfər ölüb.

Agentliyin məlumatına görə, daha bir nəfər itkin düşüb, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Martın 30-da günorta radələrində (Moskva vaxtı ilə 10:00) dindarlar Vişnu tanrısının avatarlarından biri kimi hörmət edilən əfsanəvi Kral Ramanın zühurunu qeyd etmək üçün İndordakı hindu məbədinə toplaşıblar.

Quyunun eni bir neçə metr olan qapağı bu qədər insanın ağırlığına tab gətirə bilməyib çökərək insanları da özü ilə sürükləyib.

İctimai.az