Hindistanın baş naziri Avstriya kansleri ilə Ukraynadakı münaqişəni müzakirə edibbackend

Hindistanın baş naziri Narendra Modi Avstriya kansleri Karl Nehammerlə Rusiya-Ukrayna münaqişəsini müzakirə edib. Bu barədə RİA Novosti məlumat yayıb.

Modinin sözlərinə görə, o, Nehammerlə dünyada baş verən müxtəlif münaqişələrlə bağlı hərtərəfli fikir mübadiləsi aparıb. Hindistanın baş naziri əlavə edib ki, “günahsız insanların itkisi qəbuledilməzdir”.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Mənbə: RİA Novosti