Ağ Ev bildirib ki, NATO-nun yeni komandanlıq strukturu əvvəllər alyansdan kənar əməliyyatlara hazırlaşmaq üçün istifadə edilən regional qərargahları “istənilən təhlükənin qarşısını almaq” üçün hazır vəziyyətə gətirəcək.Bu barədə TASS məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, modernləşdirilmiş komanda strukturu bir vaxtlar alyansın ərazisindən kənarda dinc istifadə üçün yararlı olan qərargahları həm də müttəfiq əraziləri müdafiə etməklə yanaşı, istənilən təhlükənin qarşısını almağa hazır olan qərargahlara çevirəcək.
Nəşr bildirir ki, oxşar təşəbbüs Vaşinqtonda keçiriləcək alyans sammiti çərçivəsində NATO ölkələrinin liderləri tərəfindən irəli sürüləcək.
Mənbə: TASS