Hindistanın əhalisi təxminən 1,5 milyard nəfərdir.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) yeni hesabatında deyilir.
Hesabatda “Hindistan hazırda təxminən 1,5 milyard insanla dünyanın ən sıx məskunlaşdığı ölkədir” deyilir.
Bu rəqəmin təxminən 1,7 milyard insana yüksələcəyi və daha sonra təxminən 40 ildən sonra azalmağa başlayacağı gözlənilir.
Fond 1960-cı ildə Hindistanın əhalisinin təxminən 436 milyon nəfər olduğunu xatırladıb. Orta hesabla bir qadına təxminən altı uşaq düşür.