Tramp ABŞ-Çin ticarət razılaşmasının hazır olduğunu açıqlayıbbackend

ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində ABŞ və Çin arasında ticarət sazişinin hazır olduğunu və hazırda iki ölkə liderləri səviyyəsində yekun təsdiqi gözlədiyini açıqlayıb.

“Çinlə razılaşmamız hazırdır və Çin sədri Si Cinpin və mənim yekun təsdiqimizə tabedir”, – Amerika lideri yazıb.

Tramp əlavə edib ki, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək. ABŞ prezidenti qeyd edib ki, Amerika tərəfi tariflərin cəmi 55%-ni, Çin isə 10%-ni alır.

İyunun 9-da Londonda ABŞ və Çin arasında ikitərəfli ticarətdəki ziddiyyətlərin həllinə dair yüksək səviyyəli danışıqların növbəti raundu baş tutub.