Hipermarketdəki hadisəni törədənlərdən biri məhv edilib, digəri tutulubbackend

Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

İctimai.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.

“Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir”, – deyə nazirlikdən bildirilib.