Hökumət Rusiya Federasiyasında avtoturizmin inkişafı Konsepsiyası qəbul etdibackend

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin 2035-ci ilə qədər nəzərdə tutulmuş avtomobil turizminin inkişafı Konsepsiyasını təsdiqləyib. Sənəd Rusiya hökumətinin rəsmi saytında dərc olunub.

Sənəd yol səfərləri üçün müvafiq infrastrukturun və belə səfərlərin planlaşdırılması üçün interaktiv xidmətin yaradılmasını nəzərdə tutur. Hökumət başçısı qeyd edib ki, avtomobillə səyahət insanlar üçün rahat olmalıdır.

“Bunun üçün bizə təkcə əsas magistral yollar deyil, həm də turizm obyektlərinə gedən kiçik yollar lazımdır. Yanacaqdoldurma məntəqələri, mobil rabitə, yaxşı təchiz olunmuş dayanacaqlar, otellər, kiçik motellərlə”, – baş nazir bildirib.

Mənbə: TASS