Honda və Nissan şirkətlərin birləşməsinin vaxtını açıqlayıbbackend

Yaponiyanın avtomobil nəhəngləri Honda və Nissan qarşılıqlı biznes inteqrasiyası haqqında anlaşma memorandumu imzalayıblar. Bu barədə avtomobil istehsalçılarının press-relizində deyilir.

“Yeni yaradılan müştərək holdinqin səhmlərinin Tokio Fond Birjasına çıxarılması planlaşdırılır. Listinq 2026-cı ilin avqust ayına planlaşdırılıb. Birgə holdinqin listinqi ilə həm Nissan, həm də Honda müştərək holdinqin bütövlükdə törəmə müəssisələrinə çevriləcəklər”, – deyə məlumatda bildirilir.

Honda həmçinin öz səhmlərinin 1,1 trilyon yen (7 milyard dollar) hissəsini geri almaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar zamanı birləşdirilən şirkətin strukturu müzakirə olunacaq, bu məqsədlə inteqrasiya komitəsi yaradılıb. Avtomobil istehsalçıları tədqiqat və inkişaf, istehsal və satınalma sahələrində güclərini birləşdirməyi planlaşdırırlar.