Filippin Çinin fəaliyyətindən müdafiə üçün ABŞ-dan MRC Typhon orta mənzilli raket sistemi almağı planlaşdırır.
Bu barədə ABS-CBN Filippin ordusunun komandanı, general Roy Qalidoya istinadən məlumat yayıb.
“İnteqrasiya edilmiş Arxipelaq Müdafiəsi Konsepsiyasının əsas aspektlərindən biri belə bir sistemlə suverenliyimizi qorumaq qabiliyyətidir” dedi.
Roy Qalido da ABŞ-ın raket sisteminin yaxın vaxtlarda alınacağına ümid etdiyini bildirib.
Orta Menzilli Qabiliyyət (MRC) Typhon, Precision Strike Missile və uzun mənzilli hipersəs silahları arasındakı məsafədə Standard Missile-6 və ya Tomahawk raketlərini atmaq üçün nəzərdə tutulub.