Qarşıdan gələn Honor X60 və X60 Pro smartfonları düşmələrə və cızılmalara davamlı korpuslara sahib olacaq. Bu barədə iXBT portalı məlumat yayıb.
İstehsalçının sözlərinə görə, yeni məhsullar iki metrə qədər hündürlükdən yıxılmağa zərər vermədən dözə bilir və Honor X50 ilə müqayisədə onların yıxılma müqaviməti 60% yaxşılaşdırılıb.
Bundan əlavə, Panda is Bald insayderinin məlumatına görə, Honor X60 2700×1224 təsvir ölçülü 6,78 düymlük OLED ekrana, Snapdragon 6 Gen 1 çipsetinə və 66 Vt enerji doldurmağı dəstəkləyəcək. Cihazın ölçüləri 162,8 x 75,5 x 7,98 mm, çəkisi 188 qram olacaq.
Smartfonların bəzi xüsusiyyətləri artıq istehsalçı tərəfindən təsdiqlənib. Beləliklə, Honor X60 Pro akkumulyatorunun tutumu 6600 mAh, ekranı isə 3840 Hz yüksək PWM tənzimləmə tezliyinə sahib olacaq. Şayiələrə görə, bu model 108 MP kamera, MediaTek Dimensity 7025 çipset və 120 Hz yeniləmə sürətinə malik 6,8 düymlük AMOLED ekran təqdim edəcək.
Mənbə: Autotech















