Honq-Konq Çinlə birləşməni qeyd edir

Honq-Konq Xüsusi İnzibati Bölgəsi (SAR) 150 ildən çox Britaniya müstəmləkəçiliyindən qurtulduqdan sonra Çin yurisdiksiyasına qayıtmasının 26-cı ildönümünü qeyd edir.

Honq-Konqun icraçı direktoru Con Li iqtisadi artım perspektivləri fonunda Çin və Honq-Konqa düşmən olan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırıb.

“Dağıdıcı qüvvələr yumşaq müqavimət vasitələrindən istifadə edir və hələ də şəhərimizdə gizlənirlər. Biz ayıq-sayıq qalmalı və milli təhlükəsizliyin qorunmasında fəal mövqe nümayiş etdirməli, “bir ölkə, iki sistem” prinsipini tam və səmimi şəkildə həyata keçirməliyik”, – Li deyib.

Mənbə: Reuters

Related Post