Mask gündə oxuna bilən tvitlərin sayı limitini yenidən dəyişdi

Amerikalı sahibkar və Twitter mikrobloqlar xidmətinin sahibi İlon Mask bir daha istifadəçinin gündə oxuya biləcəyi tvitlərin sayı ilə bağlı vaxt məhdudiyyətini dəyişib.

Bu barədə o, Twitter-də yazıb.

Mask ilkin olaraq Twitter Blue abunəçiləri üçün tvit baxış limitinin gündə 8000 yazıya, adi istifadəçilər üçün 800 yazıya, sosial şəbəkənin yeni istifadəçiləri üçün isə 400-ə qədər artırılacağını bildirib.

Üç saat sonra Mask limitləri 10.000, 1.000 və 500 tvitə qədər artırmaq qərarına gəldi.

Bundan əvvəl Mask bildirib ki, mikrobloq xidməti istifadəçinin gündə oxuya biləcəyi tvitlərin sayını müvəqqəti məhdudlaşdıracaq.

Mənbə: Haberler.com

Oxşar xəbərlər