Hunter Bayden iddia edilən kokain kəşfindən əvvəl Ağ Evdə idi

Narkotik və korrupsiya qalmaqalları ilə tanınan ABŞ prezidenti Co Baydenin oğlu Hunter Ağ Evdə kokainə bənzəyən toz aşkarlanana qədər orada olub.

Bu barədə The New York Post məlumat yayıb.

Əvvəllər kokainə aludə olduğunu etiraf edən Hunter Bayden bayram həftəsonu üçün atası ilə Kemp Devidə getməzdən əvvəl cümə günü Ağ Evin ərazisində olub.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ Məxfi Xidməti iyulun 2-də axşam saatlarında baş verən Ağ Evin qısa müddətli təxliyyəsindən sonra araşdırma aparır. Departamentin məlumatına görə, müvafiq tədbirlər Amerika prezidentinin rəsmi iqamətgahında şübhəli maddənin aşkarlanması ilə əlaqədar həyata keçirilib.

Eyni zamanda, Məxfi Xidmətin sözçüsü Entoni Quqlielmi bildirib ki, hazırda maddənin tərkibini müəyyən etmək üçün sınaqlar aparılır. Onun sözlərinə görə, ABŞ hakimiyyəti də bunun Ağ Evə necə düşdüyünü araşdırır. Eyni zamanda, Quqlielmi evakuasiya zamanı ABŞ prezidenti Co Baydenin iqamətgahda olmadığını vurğulayıb.

Mənbə: Haber Global

Oxşar xəbərlər