Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Konor Makqreqor sosial şəbəkədəki səhifəsində növbəti döyüşünü səbirsizliklə gözlədiyini bildirib.
“Növbəti döyüşümü səbirsizliklə gözləyirəm və çox hazırlaşıram”, – yazıda deyilir.
34 yaşlı Makqreqorun son döyüşü UFC 264 turnirində amerikalı Dastin Puarye ilə duel olub.Görüş ilk raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.
2022-ci il oktyabrın sonunda Makqreqorun altı aydan tez olmayan səkkizbucaqlıya qayıda biləcəyi bildirildi. İdmançı yarışa buraxılmaq üçün altı aylıq dopinq testindən keçməli, həmçinin iki mənfi test verməlidir.
Mənbə: Sport.ru

