Husilər İsraillə əməkdaşlıq etsələr, ABŞ gəmilərinə hücum edəcəkləri ilə hədələyiblərbackend

ABŞ ticarət gəmiləri İsrail limanları ilə qarşılıqlı əlaqədə olarsa, Ənsar Allah (Husi) hərəkatının hərbi qanadı tərəfindən hədəf alınacaq.

Bunu qrupun Siyasi Büro üzvü Məhəmməd əl-Buheiti deyib.

“Biz Fələstin xalqına dəstəyimiz çərçivəsində İsraillə qarşılıqlı əlaqədə olan beynəlxalq şirkətlərin, o cümlədən Amerika şirkətlərinin gəmilərinə qarşı əməliyyatlarımızı genişləndirmək məcburiyyətindəyik” dedi.

Əl-Buheiti ABŞ gəmilərinə edilən hücumların 2024-cü ilin əvvəlində Yəmənə qarşı təcavüzə cavab olduğunu vurğulayıb.