İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər milli iradə, milli ruh, milli ləyaqət və milli qürurun təntənəsidirbackend

İkinci Qarabağ müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar olaraq 27 sentyabr 2021-ci il tarixində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə bağlı xalqa müraciət etmişdir. Həmin günü, tarixi qərarı qəbul edildiyi gün kimi dəyərləndirən Ali Baş Komandan müharibənin qaçılmaz olduğunu bildirdi. Ermənistan tərəfindən ardıcıl olaraq törədilən təxribatların səbrimizi daşdıran piki məhz həmin günə düşdü. Belə ki,  27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutdu. Bu namərd atəş nəticəsində, ilk saatlarda, mülki şəxslər və hərbçilər həlak oldular. Həmin qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Zəfər çaldı.

Müharibənin gedişi zamanı azərbaycan xalqı ordunun və Ali Baş Komandanın yanında oldu, dəstəklədi və hər gün əldə olunan nailiyyətlərə sevindi. Ordumuz xalqın birliyindən həvəslənərək ancaq irəliyə getdi və hər gün yeni yaşayış məntəqələri və yeni əraziləri düşməndən təmizlədi. Xalqımız şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimiz, əsgər-zabitlərimizlə fəxr edir və onların qəhrəmanlığını heç vaxt unutmayacaqdır

İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər milli iradə, milli ruh, milli ləyaqət və milli qürurun təntənəsidir.  Azərbaycan Qələbəni döyüş meydanında qazandı. Biz qan tökərək, şəhid verərək 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad etdik və qələbə qazandıq. Çıxılmaz vəziyyətdə qalan düşmən qarşımızda diz çökdü və kaputilyasiya sənədini imzalamaq məcburiyyətin qaldı. Üç rayonu isə qan tökmədən əldə etdik.

Zəfərin siyasi memarı, həmişə verdiyi vədlərə sadiq qalan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Qazanılmış Azərbaycan xalqının qaməti düzəlmiş və qüruru özünə qayıtdı. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu darmadağın edərək ərazi bütövlüyünü təmin etdi, ədalət və beynəlxalq hüquq bərpa olundu. Artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və yaşayacaqdır. Azərbaycan əbədi olaraq “Dağlıq Qarabağ” adlı inzibati-ərazi bölgüsünü tarixin arxivinə göhdərdi.

Şəhidlərimizin qanı yerdə qalmadı və onların adı əbədiləşdirildi. Belə ki, 2020-ci il dekabrın 2-də müvafiq Prezident Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edildi. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət Azərbaycanın uğurlarını və Qələbəsini etiraf etməyə məcbur oldu. Bu gün bölgənin əsas siyasi aktöru Azərbaycandır.

Müharibənin daha bir uğuru bütün dünyaya Türkiyə-Azərbaycan birliyinin siyasi gücünü  göstərdi. Müharibənin ilk saatlarından başlayaq Türkiyənin Prezidenti, Milli Müdafiə naziri və Xarici İşlər naziri ardıcıl bəyanatlar verdilər və Türk xalqının yanımızda olduqlarını bəyan etdilər. Bu isə əlavə güc və motivasiya demək idi. Eyni zamnda, dünyanın ayrı-ayrı dövlətlərində yaşayan soydaşlarımız 44 gün ərzində bizimlə birgə oldular və siyasi dəstək verdilər.

Müharibənin gedişi zamanı Ermənistan insanlığa sığmayan şərəfsiz addılmlar atmaqla mülki çəxslərə qarşı təxribat törətdilər, onların canlarına və mallarına ciddi ziyan verdilər. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında qaldı. Ermənistan qadağan olunmuş ağ fosforlu bombalardan və ballistik raketlərdən istifadə etdi. Eyni zamnda, işğal olunmuş torpaqlarda vəhşiliklər törətdilər, 67 məsciddən 65-ni dağıtdılar, yaşayış evlərinin daşını daş üstündə qoymadılar.

Məğlub olmalarına baxmayaraq Ermənistanda azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb. Bizim millətə qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Ermənistan rəhbərlioyi öz xalqının maraqlarını belə öz siyasi maraqlarına qurban vermişdir. Çünki müharibədən əvvəl Prezident İlham Əliyev dəfələrlə demişdi ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə olmayacaq. Qoy rəsmi İrəvan bizə tarix versin, hansı gündə hansı torpağımızdan çıxır və biz müharibəni dayandırmağa hazırıq. Amma sözə baxmadılar və layiqli cəzalarını da aldılar.

Ali Baş Komandanın İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi 27 sentyabr – Anım günü yürüşü çox möhtəşəm keçdi. Dünya tarixində ilk dəfə olaraq bütün şəhidlərin şəkilləri hərbiçilər tərəfindən daşındı ki, bu da şəhidlərin xatirəsinin dövlət başçısı üçün əsas prioritet olduğunu bir daha sərgilədi.

Yürüşün sonunda şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimi keçeirildi.   Təməlqoyma mərasimində iştirak edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Yürüş və təməlqoyma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyaba gələrək, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin Nərimanov rayon şöbəsinin sədri – Osmanov Qurban