İkinci ukraynalı basketbolçu Almaniyada hücumdan sonra ölübbackend

Almaniyanın Oberhauzen şəhərində hücum nəticəsində yaralanan 18 yaşlı ukraynalı basketbolçu “Düsseldorf nəhəngi” Artem Kozaçenko aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

“Hələ də çətin saatlarda Nəhənglər daha şokedici xəbərlərin öhdəsindən gəlməyə və bir klub olaraq bir araya gəlməyə çalışırlar. Artem və Vova, biz sizi həmişə xatırlayacağıq və qəlbimizdə saxlayacağıq. Rahat yat”, – deyə klubun saytında bildirilir.

Fevralın 10-na keçən gecə Almaniyanın Oberhauzen şəhərində yeniyetmələr Kozaçenkoya və onun dostu, eyni klubun basketbolçusu, 17 yaşlı Vladimir Yermakova hücum ediblər. İdmançılar məşqdən sonra evə qayıdarkən avtobusda bir qrup yeniyetmə ilə mübahisə edib, daha sonra vağzal yaxınlığındakı dayanacaqda düşüblər. Yeniyetmələr basketbolçuların ardınca gedərək onlara bıçaqla hücum ediblər. Həkimlər Ermakovu xilas edə bilməyiblər, o, təcili əməliyyat zamanı dünyasını dəyişib.

Mənbə: TASS