Venesuela prezidenti Putini seçkilərdə qələbəsi münasibətilə təbrik etməyə hazır olduğunu bildiribbackend

Venesuela prezidenti Nikolas Maduro Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə Rusiyada keçiriləcək prezident seçkilərindən dərhal sonra Moskvaya səfər etmək və Vladimir Putini qələbəsi münasibətilə təbrik etmək istədiyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

Görüşdə Maduro Lavrovdan Rusiyada seçkilərin nə vaxt keçiriləcəyini soruşub, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri seçkilərin martın 17-də keçiriləcəyini cavablandırıb.

“Seçkilərdən dərhal sonra Moskvaya gəlmək istərdim. Prezident (Vladimir) Putini qələbə münasibətilə təbrik edirəm”, – deyə Venesuela prezidenti bildirib.

Mənbə: RİA Novosti