İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edibbackend

Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 46 nəfər “Tərəqqi” medalı ilə, 174 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.