İlham Süleymanov ölkə başçısı tərəfindən təltif edilibbackend

Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncam imzalayıb.

BAKU.NEWS bildirir ki, sərəncama əsasən bir qrup şəxs “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Təltif edilənlər arasında Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini İlham Süleymanov da var.

Belə ki, İlham Süleymanov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, İlham Süleymanov müxtəlif dövlət qurumlarında uzun illər çalışıb.