İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibbackend

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.