ABŞ Kiyevi Rusiya ərazisinə zərbələr endirməyə məcbur etmirbackend

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton Kiyevi Rusiya ərazisinə zərbələr endirməyə məcbur etmir.

Bu barədə TASS məlumat yayıb.

Kirbinin Xarkov ətrafında yaranan vəziyyəti belə şərh etdiyi qeyd edilir.

“Biz ABŞ-ın verdiyi silahlarla Rusiya ərazisinə hücumları təşviq etmirik” dedi Kirbi.

O əlavə edib ki, bu, Vaşinqtonun siyasətidir və dəyişməyib.