Finlandiyada böyük məlumat sızması ilə bağlı araşdırma başlayıbbackend

Finlandiya polisi kiberhücum səbəbindən böyük məlumat sızması faktını araşdırmağa başlayıb.

Bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarının press-relizinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Helsinkinin informasiya sistemlərinin sındırılması aprelin 30-da baş verib.

“Mərkəzi Kriminal Polis və Helsinki Polis Departamenti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib”, – nəşr yazır.

Qeyd olunur ki, hücum edənlər məlumatı şəhərin təhsil və tərbiyə şöbəsinin informasiya şəbəkəsindən əldə ediblər. Nəticədə, onlar Finlandiya paytaxtının tələbələri və təhsil sektorunun işçiləri də daxil olmaqla 80 min insan haqqında məlumat əldə edə biliblər. Qurbanlar 120 min nəfər ola bilərdi.