İlham Əliyev Reza Deqatini təltif etdibackend

Prezident İlham Əliyev Reza Deqatinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, R.Deqati Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə təltif edilib.