Yeni təyin olunan icra başçıları kimdir? – DOSYE + FOTObackend

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə üç rayona yeni icra başçıları təyin olunub.

Belə ki, Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. 2019-cu ildə general-mayor rütbəsi verilib.

Eyni zamanda, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini, İnsan Resursları şöbəsinin müdiri vəzifəsində işləyib.

Bundan əvvəl “ASAN Xidmət”də şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, o, Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.

Elvin Paşayev “Yeni klinika” tibb müəssisəsinin baş həkimi Cavid Paşayevin qardaşıdır.

Bu gün Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

O, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalışıb. İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb.

Ə.Abbasov Prezident təqaüdçüsü olub.