İlon Mask alman tanklarının Ukraynada məhv edilməsinin səbəbini bildirib

Amerikalı iş adamı və milyarder İlon Mask öz Twitter hesabında bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə (AFU) tədarük edilən Almaniyanın “Leopard 2” tankları sayı az olduğuna görə döyüş əməliyyatları zamanı tank əleyhinə silahlar və minalarla asanlıqla məhv edilir.

“Azsaylı tanklar tank əleyhinə silahlar və minalarla asanlıqla məhv edilir”, – Mask yazıb.

Onun fikrincə, ən yaxşısı belə döyüş maşınlarının çox olması və ya ümumiyyətlə olmamasıdır.

Belə ki, o, sosial şəbəkə istifadəçilərindən birinin Ukrayna nəşrində Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnikin Almaniyanı ölkəyə daha çox Leopard 2 tədarük etməyə çağıran bəyanatı ilə məqaləsini nümayiş etdirən skrinşotunu şərh edib.

Wall Street Silver təxəllüsü ilə istifadəçi də yazıb ki, “son günlərdə Twitter-dəki videolara baxsaq, onlar parça-parça olublar. Onun fikrincə, Ukrayna hərbçiləri bu tanklardan istifadə etmək üçün kifayət qədər hazırlıqlı olmaya bilər, ona görə də bu dəyişdirilməsə, yeni Leopard tədarükləri nəticəsiz qalacaq.

Mənbə: Haberler.com

Oxşar xəbərlər