Kiyevdə gecə saatlarında partlayışlar baş verib. Bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, şəhərin sol sahilində partlayış səsləri eşidilib.
Hazırda Ukraynanın 14 bölgəsində hava həyəcanı elan edilib. Bundan əvvəl Ukraynanın digər şəhərlərində də partlayışlar barədə məlumat verilmişdi.
Oktyabrın 10-da RF Silahlı Qüvvələri Ukraynanın infrastruktur obyektlərinə raket zərbələri endirməyə başlayıb. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, bu, Kiyev rejiminin terror aksiyalarına cavab idi. O, xüsusilə Krım körpüsünə hücumu xatırladıb.
Mənbə: Lenta.ru