İlon Mask süni intellektə nəzarət edən agentliyin yaradılmasına çağırıb

Amerikalı sahibkar İlon Mask ABŞ-da süni intellektə (AI) nəzarət edən agentliyin yaradılmasına çağırıb. O, bu barədə Fox News-a müsahibəsində bildirib.

Mask uzun müddətdir ki, süni intellektin tənzimlənməsinin tərəfdarı olduğunu deyir. Milyarder qeyd edib ki, ABŞ-da, məsələn, qida, dərman və avtomobil sahəsində çoxlu lisenziya agentlikləri və digər tənzimləyici orqanlar var.

Sahibkarın fikrincə, süni intellektin inkişafına ciddi yanaşmaq lazımdır, ona görə də tənzimləyici qurum lazımdır ki, bu sahəni öyrəndikdən sonra bu sahənin işləməsi üçün bir sıra qaydalar təklif etməli olacaq.

“Düşünürəm ki, bu halda bizim bəşəriyyət üçün faydalı süni intellekt şansımız daha çox olacaq” dedi Mask.

Oxşar xəbərlər