Sudan silahlı qüvvələri ölkədəki mövcud vəziyyəti çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) dövlət çevrilişi etmək və hakimiyyəti ələ keçirmək cəhdi hesab edib. Bu barədə TASS Sudan ordusunun rəsmi nümayəndəsinin bəyanatına istinadən xəbər verir.
“Hazırda Sudanda gördüklərimiz dövlət çevrilişinə cəhd və hakimiyyəti ələ keçirmə cəhdidir” dedi.
Bundan əvvəl Sudan ordusu ölkənin xüsusi təyinatlılarına qarşı hərbi əməliyyatların genişləndirildiyini bəyan etmişdi.

