İndoneziyada bir qadın nikahdankənar spirtli içki içdiyinə görə ictimaiyyət qarşısında şallaqlanıb.backend

BBC-nin məlumatına görə, Açeh əyalətində 21 yaşlı indoneziyalı qadın əxlaqsız davranışa görə ictimai yerdə şallaqlama zamanı huşunu itirib.

Açeh İndoneziyanın şəriət qanunlarını tətbiq edən yeganə əyalətidir. Şəriət qanunlarına görə, ictimai yerdə şallaqlama müxtəlif cinayətlərə görə cəza kimi istifadə olunur. Nikahdan kənar əlaqə 100 şallaqla, spirtli içki içmək isə 40 şallaqla cəzalandırılır. Qadın hər iki cinayətdə günahkar bilinərək 140 şallaqla cəzalandırılıb. Onun partnyoru da eyni cəzanı alıb.

Qadın şallaqlama zamanı ağlayıb və sonra huşunu itirib. Daha sonra təcili yardım maşınına aparılıb.