Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Benfika” ilə heç-heçə oynayan “İnter” iki oyunluq qarşılaşmadan sonra turnirin yarımfinalına yüksəlib.
İtaliya komandası 2009/2010 mövsümündən sonra ilk dəfə Avropanın əsas klub turnirində 1/2 finala yüksəlib.
Daha sonra Joze Mourinyonun rəhbərliyi altında “İnter” kuboku qazanıb.
Aprelin 19-da Milanda keçirilən oyun 3:3 hesabı ilə başa çatıb.

