Mali hökumət nümayəndə heyətinə hücum edilib, azı 4 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
Bu barədə Agence France-Presse rəsmilərə istinadən məlumat yayıb.
“Bu gün səhər Nara (Malinin qərbindəki şəhər, Mavritaniya ilə sərhəddən 37 km cənubda yerləşir – Gazeta.Ru) gedən rəsmi nümayəndə heyəti həqiqətən də hücuma məruz qalıb. Ən azı dörd nəfər ölüb, bəziləri itkin düşüb”, – yerli hökumət rəsmisi agentliyə bildirib.













