iPhone 15 2007-ci ildən bəri ilk dəfə mühüm keçiddən imtina edəcəkbackend

Apple-ın iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində ilk dəfə olaraq Apple Watch Ultra ağıllı saatına bənzər fərdiləşdirilə bilən düymə olacaq.

Bu barədə “MacRumors” mənbələrə istinadən məlumat yayıb.

“Action” düyməsi 2007-ci ildən bəri hər iPhone-da olan klassik səs rejimi keçidini əvəz edəcək”, – mənbə bildirib.

Qeyd olunur ki, istifadəçi tərəfindən fərdiləşdirilə bilən yeni düymə smartfon sahibinin seçdiyi müxtəlif funksiyalara sürətli çıxış imkanı verəcək.

Mənbə: Haberler.com

İctimai.az