London dünyanın yeganə maliyyə mərkəzi olmaqdan çıxıbbackend

London tarixdə ilk dəfə olaraq dünyanın əsas maliyyə mərkəzi kimi birinci yerdən çıxıb və hazırda Nyu-Yorkla liderliyi bölüşür.

Bu barədə Financial Times London administrasiyasının hesabatına istinadən xəbər verir.

Nəşr qeyd edib ki, London və Nyu York rəqabətqabiliyyətlilik sahəsində hər biri 60 bal toplayıb. Eyni zamanda, Londonun indeksi ötən illə müqayisədə bir bənd, Nyu-Yorkun göstəricisi isə iki pillə artıb ki, bu da ona Britaniya paytaxtı ilə bərabər birinci yeri tutmağa imkan verib.

Nəşrin məlumatına görə, London innovasiyalar sahəsində yaxşı göstəricilərə malik olmaqda davam edir. Həmçinin, Britaniyanın paytaxtı maliyyə fəaliyyətlərinin miqyası, biznes infrastrukturu, bacarıqlı maliyyəçilərin cəlb edilməsi və tənzimləmə baxımından yüksək səviyyəyə malikdir.

Nyu-York sərmayə qoyuluşu, sövdələşmələrin aparılması və davamlı maliyyələşdirmə üçün tələb olunan emissiya həcmi üzrə yüksək nəticə əldə edib.

İctimai.az