iPhone 16 Plus korpusunun yeddi rənginin hamısının adı açıqlanıbbackend

iPhone 16 seriyalı smartfonlar Apple tarixində ən geniş rəng seçimlərini təqdim edəcək.

Bu barədə MacRumors portalı Çin insayderi Fixed Focus Digital-ə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, iPhone 16 Plus modeli yeddi rəng variantında təqdim olunacaq: mavi, çəhrayı, sarı, yaşıl, qara, ağ və bənövşəyi. Bundan əlavə, iPhone 16 Pro mavi rəngini itirəcək və bu rəng çəhrayı korpusla əvəz olunacaq. Bu model qara, ağ və boz rənglərdə də təklif olunacaq.

Həmçinin qeyd edilir ki, “təbii titan” (boz) və ağ çalarları keçən ilki iPhone 15 Pro modelində təqdim olunanlardan bir qədər fərqlənəcək.

Bu məlumatın nə dərəcədə doğru olduğu hələ də bəlli deyil. Əvvəlki sızıntılar artıq yeni iPhone xəttinin həqiqətən də geniş rəng seçimi təklif edəcəyini bildirdi.

Mənbə: Autotech