iPhone 16 Pro modelləri şarj sürətində çoxdan gözlənilən təkmilləşdirmə əldə edəcəkbackend

Qarşıdan gələn flaqman iPhone 16 Pro və iPhone 16 Pro Max 40W sürətli simli enerji doldurma və 20W MagSafe simsiz enerji doldurma funksiyasına sahib olacaq. Bu barədə ITHome portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Apple şarj gücünün yaxşılaşdırılmasını iPhone 16 Plus istisna olmaqla, xəttdəki bütün yeni məhsullarda batareya tutumunun artması ilə əlaqələndirir.

Hazırkı iPhone 15 və iPhone 15 Pro xüsusi USB-C adapterindən istifadə edərkən 27 Vt-a qədər naqilli enerji doldurmağı dəstəkləyir. Apple və səlahiyyətli üçüncü tərəf istehsalçılarının rəsmi MagSafe şarj cihazları iPhone 15-i 15 Vt-a qədər doldura bilər.

Mənbə: Autotech