“Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb.
Fond adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulunun 01.02.2023-cü il saat 10:00-dan başlayacağını bildirib.
Eyni zamanda, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 02.02.2023-cü il saat 10:00-dan başlayacaq.
İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.
