Şərqi İngiltərə Universitetinin, Böyük Britaniyanın Ekologiya və Hidrologiya Mərkəzinin, Met Office və Orta Menzilli Hava Proqnozları üzrə Avropa Mərkəzinin alimləri iqlim dəyişikliyinin meşə yanğınlarının ehtimalını və intensivliyini əhəmiyyətli dərəcədə artırdığını müəyyən ediblər. Bu barədə Earth System Science Data məlumat yayıb.
Araşdırmada vurğulanır ki, meşə yanğınlarının təhlili 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər aparılıb.Kanada və Amazonda yanğınlara demək olar ki, iqlim dəyişikliyi səbəb olub. Alimlərin fikrincə, bunun ehtimalı 99%-dən çoxdur.
İqlim dəyişikliyi həmçinin Yunanıstanda, Kanadada və Amazonda yanğınların baş vermə ehtimalını müvafiq olaraq 2, 3 və 20 dəfə artırıb. Tədqiqatda deyilir ki, sonuncu halda vəziyyət meşələrin qırılması ilə daha da ağırlaşır.
Mənbə: Science Data